İqtisadi gündəm
“Eliko” şirkəti qanunu belə pozur: Bir ildə 3 dəfə MƏCBURİ GÖSTƏRİŞ VƏ CƏRİMƏ
Azərbaycan Mərkəzi Bankı Valyuta mübadilə məntəqələri “Eliko” MMC-yə və “Meta-Kapital” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb.
Publika.az FED.az-a istinadən xəbər verir ki, “Eliko” MMC tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Eliko” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir. Göstəriş Mart ayında verilib.
Bununla yanaşı “Meta-Kapital” MMC tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir. Bu göstəriş də Mart ayında verilib.
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinə görə bu Qaydaya 5 nömrəli və 6 nömrəli əlavələrdə müəyyən edilmiş formada hazırlanmış valyuta mübadiləsi məntəqəsinin fəaliyyəti barədə və valyuta mübadiləsi əməliyyatlarına dair aylıq hesabatlar növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilir.
Qeyd edək ki, yanvarda Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar "Eliko" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 500 (min beş yüz) manat məbləğində cərimə edilib.
Bundan başqa Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko" MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 (on min üç yüz otuz dörd) manat məbləğində cərimə edilmişdir.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı










.jpg)






















