İqtisadi gündəm
Mümkün ABŞ-İran toqquşması: Neft su qiymətinə olacaq
Bu il qlobal neft qiymətləri bir barel üçün 50 dollardan aşağı düşə bilər və buna təkcə ticarət müharibələri və OPEC+ üzvləri arasında hasilatın artması deyil, həm də fundamental amillər, o cümlədən Çində xammala tələbatın azalması təsir göstərəcək.
Publika.az xəbər verir ki, bunu müstəqil enerji eksperti Kirill Rodionov "RİA Novosti"yə bildirib.
"Bu il qiymətlərin bir barel üçün 50 dollardan aşağı düşəcəyini gözləyirəm. Bu, zaman məsələsidir. İndi qiymətləri dəstəkləyə biləcək yeganə amil ABŞ və İran arasında mümkün birbaşa toqquşmadır. Lakin ABŞ və İran münaqişənin diplomatik yolla həllinə nail ola bilsələr, bu, qiymətlərin düşməsi üçün əlavə tətik olacaq, çünki bu halda Çinin qanuni neft bazarında gündə 2 milyon barel leqal İran nefti olmayacaq", - deyə ekspert şərh edib.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti ABŞ Prezidenti Trampın digər ölkələrdən idxala “qarşılıqlı” tariflər tətbiq edən sərəncam imzalamasından və səkkiz OPEC+ ölkəsi - Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman - bir sıra ölkələr neft hasilatını "könüllü" artırmağa qərar verdikdən sonra kəskin ucuzlaşıb. O vaxtdan bəri, kotirovkalar bir neçə dəfə 2021-ci ilin minimumunu yeniləyib. Nəticədə çərşənbə günü Brent neftinin qiyməti bir barel üçün 61 dollardan aşağı düşüb, aprelin 2-dən isə artıq demək olar ki, 20% ucuzlaşıb.
Rodionovun sözlərinə görə, Tramp administrasiyasının Çin mallarına idxal rüsumlarını 104%-ə qaldırmaq qərarı neft qiymətlərinin 50 dollardan aşağı düşməsi ssenarisinin risklərini artırıb.
Rodinov prosesi 3 mərhələyə bölüb:
"Birincisi, OPEK-in proqnozlarında gözlədiyi kimi, 2024-2026-cı illərdə Çində neftə tələbat cəmi 900 min barel artacaq ki, bu da yalnız 2023-cü ildəki artıma uyğundur. Bu, elektrik nəqliyyat vasitələrinə meyl və Covid məhdudiyyətlərindən sonra bərpa artımının tükənməsi ilə əlaqədardır.
İkincisi, Yaxın Şərqdə böyük bir ehtiyat yaranıb, ABŞ Energetika Nazirliyinin məlumatına görə, bu, fevralda sutkada 4,8 milyon barrelə çatıb.
Üçüncüsü, Cənubi Amerika ölkələri, ilk növbədə, Qayana və Braziliya son illərdə hasilatı əhəmiyyətli dərəcədə artırıblar və bundan sonra da artıracaqlar. Və nəzərə alsaq ki, onların əsas imkanları dəniz layihələrində cəmləşib, burada əsas kapital xərcləri üzən qurğuların tikintisi mərhələsindədir, onlar qiymət dinamikasından asılı olmayaraq istismar ediləcək”.
Adəm Abbaslı
-
Region20:48Türkiyə bayrağını yandıran qadın belə saxlanıldı - VİDEO
-
İdman20:12“Qarabağ”dan erkən qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
-
Hadisə19:48Kəlbəcərdə mina partladı: xəsarət alan var
-
İdman19:36Görün Zidanın məşqçilər komandasına kim daxil oldu
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı



































