İqtisadi gündəm
Rusiya üçün əsas şaftalı tədarükçüləri: Azərbaycan görün neçənci yerdədir
Ötən ilin nəticələrinə əsasən Rusiyaya şaftalı və nektarinlərin əsas tədarükçüləri Azərbaycan, Türkiyə və Özbəkistan olub, Çin isə tədarükünü təxminən iki dəfə artırıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, 2024-cü ilin sonuna qədər Rusiya 371,3 milyon dollar dəyərində ən azı 361,3 min ton şaftalı və nektarin idxal edib. Bu rəqəmə son bir neçə il ərzində ticarət məlumatlarını açıqlamayan Belarus və İran daxil deyil. Bununla belə, 2021-ci ilin statistikasına əsasən onlar yaxşı onluğa düşə bilərdilər.
Məlumata görə, ötən il Rusiyaya ən çox şaftalı və nektarin Türkiyədən gəlib – 161,7 min ton, 159,6 milyon dollar. Sonrakı yerdə 80 milyon dollara 86,6 min ton meyvə verən Özbəkistan, 67,1 milyon dollara isə 54,8 min ton Azərbaycan gəlir.
İlk beşliyi Gürcüstan - 22,2 min ton (26,3 milyon dollar) və Çin - 17,9 min ton (20 milyon dollar) tamamlayıb. İlk 10-luğa həmçinin Qazaxıstan (6,4 min ton), Serbiya (3,3 min), Ermənistan (2,8 min), Çili (1,8 min) və Hollandiya (1,1 min) daxildir.
Qeyd edək ki, 2023-cü illə müqayisədə Tacikistan Rusiyaya tədarükünü ən çox - 3,1 dəfə, Qazaxıstan - 2,6 dəfə, Çili - 2,2 dəfə, Çinə - 1,8 dəfə və Moldovaya - 1,4 dəfə artırıb. Misir ixracı yarıbayarı, Ermənistan 1,7 dəfə, CAR 7%, Hollandiya 3% azaldıb. Latviya, Litva və Mərakeşdən çatdırılmalar dayanıb.
Adəm
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ








.jpg)







.jpg)















