İqtisadi gündəm
“Yapı Kredi Bank Azərbaycan” - Mərkəzi Bankın “qırmızı zolağı”ndan düşməyən bank
“Yapı Kredi Bank Azərbaycan” aprel ayında müştərilərin ən çox şikayət etdiyi bank olub.
Publika.az xəbər verir ki, bununla bağlı göstəriciləri Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.
AMB-nin açıqladığı müştәrilәrin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksinə görə, “Yapı Kredi Bank Azərbaycan” 3.27 göstərici ilə birinci yeri tutub.
Ümumiyyətlə, adıçəkilən bank bu ilin yanvar, mart, aprel aylarında ən çox şikayət edilən banklar arasında birinci, fevralda isə dördüncü olub.
Şikayət indeksi, banklar üzrə müştəri xidmətlərinə dair şikayətlərin bazar payı ilə müştəri sayının bazar payı arasındakı nisbətə əsaslanaraq hesablanır. Mərkəzi Banka daxil olan şikayətlər, hər bir bank üzrə ümumi sektordakı şikayətlərlə müqayisə edilərək müəyyən edilir.
Metodologiyada, şikayətlər arasında təkrar şikayətlər, kredit üzrə güzəştlər və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan məsələlər çıxarılaraq, yalnız müştəri xidmətləri ilə əlaqədar şikayətlər nəzərə alınır.
Kateqoriyaların izahı: - yuxarı şikayət indeksi (qırmızı zolaq - hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan); orta şikayət indeksi (sarı zolaq); aşağı şikayət indeksi (yaşıl zolaq - hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan).
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycan bank sektorunda bəzi bankların depozit portfellərində nəzərəçarpacaq azalma müşahidə olunub. Statistik göstəricilərə əsasən, ən ciddi geriləmə “Yapı Kredi Bank Azərbaycan” QSC-də qeydə alınıb – bankın depozit portfeli nisbi dinamikada 28%, mütləq dinamikada isə 147.7 milyon manat azalıb.

Teleqraf.az
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu








.jpg)





.jpg)






_(1).jpg)











