İqtisadi gündəm
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Gələn il...
"Hibrid maşınlarla bağlı tətbiq edilən güzəştlər, yeni maşınlara və ya ili yeni olan avtomobillərə aiddir. Bu avtomobillərlə bağlı vergi güzəştləri var. Burada məqsəd hibrid avtomobillərinin Azərbaycana gətirilməsini sürətləndirmək idi".
Publika.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, hər il Vergi Məcəlləsinə dəyişiklər edilir və dəyişiklərdə müəyyən güzəştlərin dairəsi genişləndirilir və ya yeni güzəştlər tətbiq olunur:
![]()
"Bu baxımdan gözlənilir ki, 2026-cı ildə Vergi Məcəlləsinə dəyişikliklər davam etdiriləcək. Təbii ki, ilin ikinci yarısı dəyişiklər tətbiq edilən zaman bu güzəşt müddətinin uzadılıb-uzadılmaması bəlli olacaq. Nəzərə almaq lazımdır ki, bu güzəştlər ili nisbətən köhnə olan avtomobillərin qiymətlərinə təsir göstərmir.
Əgər güzəştlər götürələrsə xərclərdə artımlar müşahidə edilə bilər. Əgər güzəştlər uzadılmazsa, ili yeni olan avtomobillərin qiymətlərinə təsir göstərəcək. Qiymət artımları avtomobilin qiymətindən asılı olaraq fərqli faizlə ifadə oluna bilər. Amma bu, Vergi Məcəlləsinin hansı dəyişiklərin edilməsindən asılı olacaq. Təbii ki, əgər güzəşt müddəti uzadılacaqsa, o zaman bu avtomobillərin ölkəyə idxalında və ya satış xərclərində hər hansı bir dəyişiklik baş verməyəcək".
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu








.jpg)





.jpg)






_(1).jpg)











