İqtisadi gündəm
Bu nazirliklər büdcəyə qənaət ediblər
2024-cü il dövlət büdcəsindən funksional təsnifata uyğun olaraq elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə üst-üstə sifarişçi təşkilatların xərc sifarişlərinə əsasən, 11064,1 milyon manat məbləğində vəsait sərf edilib.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində öz əksini tapıb.
2024-cü ildə “Elm” köməkçi bölməsi üzrə icra edilmiş xərclərin inzibati təsnifata uyğun olaraq. 74,6 milyon manatı Elm və Təhsil Nazirliyinin, 43,8 milyon manatı Azərbaycan Milli Elmlər Akademiyasının, 16,6 milyon manatı Kənd Təsərrüfatı Nazirliyinin, 7,6 milyon manatı Milli Arxiv İdarəsinin, 7,3 milyon manatı Ədliyyə Nazirliyinin, 5,7 milyon manatı Mədəniyyət Nazirliyinin, 2,3 milyon manatı “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, 13,8 milyon manatı digər elmi müəssisə və tədbirlərin, 26,6 milyon manatı isə bu sahə üzrə dövlət adından yaradılan publik hüquqi şəxslərə ayrılan vəsaitlərin payına düşür.
2024-cü ildə dövlət büdcəsindən təhsil bölməsi üzrə xərc edilmiş vəsaitin 3567,9 milyon manatı və ya 81,3 faizi Elm və Təhsil Nazirliyinin payına düşür.
Səhiyyə Nazirliyinə 2024-cü ildə 291,2 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 24,2 milyon manat və ya 9,1 faiz çoxdur.
Hesabat ilində Mədəniyyət Nazirliyi üzrə 2024-cü ilin dövlət büdcəsindən ayrılmış 269,1 milyon manat vəsaitə qarşı icra 222,7 milyon manat və ya 82,8 faiz təşkil edib.
2024-cü ilin dövlət büdcəsinin bu bölməsi üzrə Gənclər və İdman Nazirliyi üçün proqnozlaşdırılmış 71,7 milyon manat vəsaitə qarşı icra 63,8 milyon manat və ya 89,0 faiz olub.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto








.jpg)





.jpg)










_(1).jpg)










