İqtisadi gündəm
Bu şəxslər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olacaqlar
Bəzi şəxslər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olacaqlar.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
2. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:
- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.
3. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.
(Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur.)
4. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 4 – 30 iyun 2025-ci il tarixlərində aşağıda göstərilən sənədlərin fotosurətlərini Dövlət İmtahan Mərkəzinə (Bakı ş., akad.H.Əliyev küç., 299) təqdim etməlidirlər:
4.1. ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti;
4.2. beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti,
4.3. müvafiq tədbirin keçirildiyi ölkə, tarix və nəticələrin əks olunduğu rəsmi sayt barədə məlumat.
Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.
4.3. Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı 4.2-ci bənddə göstərilən sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər.
4.4. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər bu Qaydanın 4.1-4.3-cü bəndlərdə göstərilən sənədlərlə yanaşı, Tələbə Qəbulu Qaydalarının 2.3-cü bəndinə əsasən həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu





































