İqtisadi gündəm
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
"Vergi Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda yeni vergi güzəştləri qüvvəyə minəcək. Bu dəyişikliklərin məqsədi sektora daha çox sərmayə cəlb etməklə onun inkişafını stimullaşdırmaqdır. Yeni güzəştlər, eyni zamanda, mədəniyyət sahəsində göstərilən bəzi xidmətlərin xərclərinin azalmasına və nəticə etibarilə qiymətlərin düşməsinə şərait yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı millət vəkili Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dən etibarən teatr tamaşaları, kinofilm nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri kimi xidmətlər üçün nağdsız formada edilən ödənişlər zamanı ƏDV-nin 50 faizi ("ƏDV cashback") alıcılara geri qaytarılacaq. Başqa sözlə, bu xidmətlər üzrə də keşbek mexanizmi tətbiq olunacaq.
Digər mühüm dəyişiklik isə mədəniyyət sektorunda fəaliyyət göstərən subyektlər üçün 5 il müddətinə torpaq vergisindən tam azadolma və mənfəət (və ya gəlir) vergisindən 90 faizlik güzəştin tətbiqidir. Əvvəllər 75 faiz olan bu güzəştin həcmi artırılaraq 90 faizə çatdırılıb.
Bundan əlavə, mövcud qanunvericilikdə güzəşt hüququna malik subyektlərin sayı 1-dən 5-ə artırılıb. Güzəşt siyahısına teatrlar, muzeylər, simfonik orkestr kollektivləri və film prodüserləri də daxil edilib.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto








.jpg)



.jpg)











_(1).jpg)










