İqtisadi gündəm
Müavinət və təqaüdlər nə vaxt və nə qədər artırılacaq - VİDEO
Bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir.
Prezident İlham Əliyev ötən il imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin 3 ay müddətində hazırlanıb təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb. Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?
Publika.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov "Xəzər TV"yə bildirib ki, ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra təqribən 3 milyon şəxsi əhatə edən sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçiriləcək.
İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, artımların nə qədər olacağı birbaşa hökumətin səlahiyyətində olan məsələdir. Artıq bunun üçün büdcədə artımlarla bağlı ehtiyatlar yaradılıb və artımların olacağı ilə bağlı cəmiyyətə mesajlar verilib.
İqtisadçı həmçinin bildirib ki, ölkədə minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq sosial müavinət və təqaüdlərdə artım olacağı gözlənilir. Bu rəqəm isə təqribən 10-15 faiz arasında dəyişə bilər.
İqtisadçı qeyd edib ki, dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması, eyni zamanda, vergi ödəmələrinin 5,7 faizin üzərində olması sosial müavinət və təqaüdlərin artmasına zəmin yaradır.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto








.jpg)



.jpg)











_(1).jpg)










