İqtisadi gündəm
Rubl devalvasiyaya doğru gedir: Məzənnə bu cür dəyişəcək
Rublun hazırkı möhkəmlənməsi uzun sürməyəcək.
Publika.az xəbər verir ki, bu barədə məşhur rusiyalı investisiya bankiri Yevgeni Koqan məlumat verib.
Onun sözlərinə görə, bu gün artıq valyuta bazarında vəziyyətin dönüş nöqtəsinə yaxınlaşdığına dair əlamətlər var. Ekspertin fikrincə, artıq iyun-iyul aylarında bu sahədə ciddi dəyişikliklər başlayacaq.
Ekspert rublun devalvasiyasına hazırlığın əsas siqnallarından biri kimi Rusiya hakimiyyətinin ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı tələbinin daha bir il uzadılması qərarını adlandırıb.
Bankirin izah etdiyi kimi, məmurların bu addımı valyuta bazarında yüksək volatillik gözlədiklərini və buna əvvəlcədən hazırlaşmaq istədiklərini göstərir. İnvestorun sözlərinə görə, “hakimiyyət hər şeyi başa düşür və buna hazırlaşırlar”.
Ekspertin fikrincə, rublun devalvasiyasına işarə edən başqa bir siqnal Rusiya emitentləri tərəfindən əvəzedici istiqrazların son yerləşdirilməsinin uğurudur. Dollar aktivlərinə marağın artması onu göstərir ki, əsas oyunçular valyuta dəyişmələrinə və valyuta bazarında dəyişikliklərə hazırlaşırlar.
Akqabay
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO








.jpg)

















.jpg)
.jpg)










