İqtisadi gündəm
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlamalar apardı
Hesablama Palatasında keçirilmiş növbəti kollegiya iclasında "Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələri haqqında Auditor hesabatı" müzakirə edilib.
Publika.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Məlumata görə, müzakirələrin yekununda hesabat təsdiqlənib və aidiyyəti üzrə təqdim olunmasına dair qərar qəbul edilib.
İclas qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə baş tutub. İclasda, həmçinin Palatanın 2021-2025-ci illər üzrə Strateji Planına uyğun olaraq dövlət auditinin rəqəmsallaşdırılması və böyük verilənlərin təhlili üzrə fəaliyyətin optimallaşdırılmasına xidmət edəcək texniki həllərin qurulması istiqamətində həyata keçirilmiş və nəzərdə tutulan işlər müzakirə olunub.
Müzakirələr zamanı bu istiqamətdə hazırlanmış ilkin konsepsiya dəstəklənib, aidiyyəti prosedurlara başlanılması və hüquqi-tənzimləyici bazanın formalaşdırılması üzrə işlərin aparılması ilə bağlı qərar qəbul edilib.
İclasda Palatanın fəaliyyəti ilə bağlı gündəlikdə duran digər məsələlərə də baxılıb.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.jpg)









.jpg)







_(1).jpg)










