İqtisadi gündəm
Avro 4 ilin rekordunu qırdı: Bu həddə qalxa bilər
Avro ABŞ dolları qarşısında son 4 ilin ən yüksək səviyyəsinə çataraq 1.1829 dollar olub.
Publika.az xəbər verir ki, valyuta bazarlarında müşahidə olunan bu artım fonunda, ING bankının strateqi Fransesko Pesole avronun 1.20 dollar səviyyəsinə yüksələ biləcəyini bildirib.
Pesole avronun dollara qarşı dəyərinin əsasən ABŞ valyutasının performansından asılı olduğunu vurğulayıb. ABŞ-dan zəif məşğulluq məlumatı dollar üzərində təzyiq yaradaraq avronun daha da güclənməsinə səbəb ola bilər.
Avropa Mərkəzi Bankının (ECB) vitse-prezidenti Luis de Guindos isə mövcud avro səviyyəsini narahatlıq doğurmadığını, amma 1.20 dollar səviyyəsinin keçilməsinin vəziyyəti mürəkkəbləşdirə biləcəyini bildirib.
Qeyd edək ki, ECB-nin digər üzvləri də güclü avronun Avropa iqtisadiyyatına potensial risklər yarada biləcəyinə dair xəbərdarlıq ediblər.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.jpg)







.jpg)





















