İqtisadi gündəm
Rublun qiyməti ziddiyyətli dərəcədə ARTDI - Birjada nə baş verir?
Rusiya rublu 2025-ci ilin birinci yarısında dünya valyutaları arasında artım reytinqinə başçılıq edib.
Publika.az xəbər verir ki, bunu birja kotirovkalarının təhlili sübut edir.
Təhlillərə əsasən, rublun ABŞ dollarına nisbətdə məzənnəsi demək olar ki, 45% bahalaşıb.
Artım dinamikası baxımından ikinci yeri Macarıstan forinti (17%) tutub. Ondan sonra İsveç kronu (16,5%), Çex kronu (15,8%) və İslandiya kronu (15%) gəlir.
Məlumatda qeyd olunur ki, Rusiya valyutasının belə əhəmiyyətli dərəcədə möhkəmlənməsi digər valyutaların göstəriciləri ilə ziddiyyət təşkil edir.
Argentina pesosu dollar qarşısında 13,5% ucuzlaşaraq ən böyük eniş göstərib. Türk lirəsi (11,2%) və Liviya dinarı (9,1%) də ucuzlaşıb.
Analitiklərin fikrincə, rublun möhkəmlənməsi inflyasiyanın gözləniləndən daha sürətli azalmasına kömək edir. Bu amil Rusiya Bankının 2025-ci ilin iyulunda əsas faiz dərəcəsini azaltması üçün ilkin şərtlər yarada bilər.
Adəm
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.jpg)







.jpg)





















