İqtisadi gündəm
Bu kripto pul kisələri 14 ildən sonra canlandı: milyardlarla dollar dəyərindədir
Kriptovalyuta dünyasında maraqlı hadisə baş verib. 2010-cu ildən bəri fəaliyyətsiz qalan iki kriptovalyuta pul kisəsi iyul ayında yenidən aktivləşib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı “theblock.co” yayıb.
Bildirilib ki, hər iki pul kisəsi ümumilikdə 20 min BTC (hazırkı məzənnə ilə təxminən 2 milyard dollar) transfer edib. Həmin əməliyyatlar 3 və 4 iyul tarixlərində həyata keçirilib. İlk pul kisəsi 10 min BTC-ni, ikinci pul kisəsi isə bir qədər sonra yenə 10 min BTC-ni digər ünvanlara köçürüb.
Hər iki pul kisəsi 2010-cu ildə yaradılıb və bu dövr ərzində heç bir hərəkətlilik olmayıb. Ekspertlərin fikrincə, bu cüzdanlar çox güman ki, eyni şəxsə və ya strukturun idarəsinə aiddir.
Məlumatda əlavə edilir ki, 2010-cu ildə Bitcoin-in dəyəri təxminən 0,003 dollar idi. Bu isə həmin dövrdə alınmış 10 min BTC-nin cəmi 30 dollara başa gəldiyini göstərir. Hazırda isə bu məbləğ 1,1 milyard dollar dəyərindədir.
Akqabay
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


