İqtisadi gündəm
Valideynlə yaşayan gənc ailələr sosial yardım ala bilər?
“Deyək ki, ailə 3 nəfərdən ibarətdir: ata, ana və 1 azyaşlı uşaq. Əgər uşaq 8 yaşına çatmayıbsa, ata və anadan biri işləməyə bilər. Sırf həmin uşağa qulluq etmək üçün. Digər valideynin isə rəsmi iş yeri olmalıdır. Ya əmək müqaviləsi ilə işləməli, yaxud sahibkar kimi VÖEN-i olmalıdır ki, sistem gəlirlərini müəyyən edə bilsin”.
Publika.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a hüquqşünas Aqşin İsgəndərov deyib.
O bildirib ki, əgər ailə valideynlərlə bir evdə yaşayırsa, bu birgə təsərrüfat hesab olunur:
“Yəni onların fərqli ailə olmasının heç bir fərq yaratmır. Birgə yaşayırlarsa, birgə təsərrüfat hesab olunacaqlar. Bu, ailə tərkibində də göstərilməlidir.
Ünvanlı sosial yardımın verilməsi üçün ailədə yetkinlik yaşına çatmış hamının rəsmi iş yeri olmalıdır. Əgər işləyən qeyri-rəsmi, yəni günəmuzd çalışırsa, həmin ailəyə ünvanlı sosial yardımın verilməsi ilə bağlı müraciətə imtina gələcək. Çünki sistem gəlirləri müəyyən edə bilmir, yetkinlik yaşına çatmış əmək qabiliyyətli şəxslərdən biri rəsmi olaraq mütləq işləməlidir”.
Hüquqşünas vurğulayıb: "Dövlət ünvanlı sosial yardım verir ki, ailənin gəlirləri təsdiq edilmiş yaşayış minimumuna çatsın. Ailə çalışır, əlindən gələni edir, amma yenə də minimum dolanışıq xərclərini ödəməkdə gücsüdür. Dövlət onların minimum dolanışıq xərclərini ödəmək üçün ünvanlı sosial yardım verir. Əgər işləməsələr, bu gələcəkdə sui-istifadə hallarına gətirib çıxarar.
Ailə qeydiyyatda olduğu evdə deyil, başqa bir ünvanda kirayədə yaşayırsa, ata və ananın təqaüd alması sosial yardımın verilməsində problem yaratmır”.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.jpg)




.jpg)














_(1).jpg)









