İqtisadi gündəm
Rubl ucuzlaşacaq: Ruslara devalvasiya ilə bağlı xəbərdarlıq edildi
Yaxın gələcəkdə rublun sabit məzənnəsini dəstəkləyən bir sıra amillər öz təsirini itirəcək.
Publika.az xəbər verir ki, bu barədə “BCS World of Investments”-in fond bazarı üzrə eksperti Aleksandr Şepelev xəbərdarlıq edib.
Ekspert qeyd edib ki, uzun müddətdir rublun möhkəmlənməsinə töhfə verən Mərkəzi Bankın sərt monetar siyasəti böyük ehtimalla daha yumşaq siyasətlə əvəzlənəcək – əsas məzənnənin azalması gözlənilir.
“Bu, rubl istiqrazlarına tələbin azalmasına səbəb olacaq. Eyni zamanda, pul siyasətinin yumşaldılması ölkə daxilində kreditləşmə və istehlakın həcmini artıracaq ki, bu da xarici valyutaya tələbi artıra bilər. Bundan əlavə, rublun zəifləməsinə mövsüm faktoru da təsir edə bilər”, - Şepelev qeyd edib.
Ekspertin proqnozuna görə, yayın sonuna kimi dolların məzənnəsi 85 rubla yaxınlaşa bilər, gələcəkdə isə rubl zəifləməkdə davam edəcək. O, ilin sonuna yaxın dolların məzənnəsində daha da əhəmiyyətli artımın mümkün ola biləcəyini istisna etmir:
“Bu onunla bağlıdır ki, ilin son aylarında Rusiyada adətən cari əməliyyatlar hesabında profisitdə azalma müşahidə olunur ki, bu da milli valyutaya mənfi təsir göstərir. Bundan əlavə, bu dövrdə büdcə, korporativ və istehlak xərcləri artır, idxala və müvafiq olaraq dollara tələb artır”.
Bütün bu amilləri nəzərə alan analitik dekabrda rublun məzənnəsinin bir dollar üçün 90 rubla kimi ucuzlaşa biləcəyini proqnozlaşdırır. Onun fikrincə, milli valyutanın devalvasiyasının pik nöqtəsi payızın ortalarında - qışın əvvəlində gözlənilir, bundan sonra rubl əhəmiyyətli dərəcədə dəyərini itirəcək və indiki mövqeyində olmayacaq.
Akqabay
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.jpg)




















_(1).jpg)









