İqtisadi gündəm
Azərbaycanda bu avtomobillər 12 min manat UCUZLAŞIB
2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ölkəyə 47 minə yaxın minik avtomobili idxal olunub.
Bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə təxminən 9 min ədəd və ya 24% artıb.
Orta hesabla bir avtomobilə düşən qiymətdə azalma müşahidə edilib. 2024-cü ildə orta qiymət təxminən 18 min dollar, 2025-ci ildə isə təxminən 17 min 300 dollar təşkil edib. Bu rəqəm daha əlçatan və nisbətən ucuz modellərin bazara daxil olduğunu göstərir.
Elektromobillər və hibrid nəqliyyat vasitələri üzrə göstəricilər daha da diqqətçəkicidir. 2024-cü ilin ilk yarısında ölkəyə 1 500-dən çox tam elektrikli avtomobil gətirilib. 2025-ci ilin eyni dövründə bu rəqəm 930-a düşsə də, "plug-in" hibridlərin idxalı 14 minə yaxınlaşıb. Bu sinif ötən il statistikada ümumiyyətlə yer almayıb. Bu onu göstərir ki, insanlar daha çox elektriklə işləyən, lakin həm də yanacaqla hərəkət edən modellərə üstünlük verir.
Elektrik avtomobillərin orta qiymətində isə ciddi azalma müşahidə edilib. Belə ki, ötən il elektromobillərin bir ədədi ölkəyə 41.3 min dollara gəlirdisə, bu il bu göstərici 34 min dollar olub. Yəni Azərbaycana gətirilən elektrik avtomobilləri təxminən 7.3 min dollar (txəminən 12 min manat) ucuzlaşıb./modern.az
-
ABŞ22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?







.jpg)
.jpg)






























