İqtisadi gündəm
Avtomobil qiymətlərində KƏSKİN UCUZLAŞMA - SƏBƏB
“Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir”.
Publika.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O, bildirib ki, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb:
“Bizim ölkəmizə idxal olunan hibrid avtomobillər müxtəlif ölkələrdən gətirilir. Əgər əvvəllər Yaponiya, Cənubi Koreya və Avropa ölkələri üstünlük təşkil edirdisə, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb. Çində bu növ avtomobillərə dövlət subsidiyasının olmasını nəzərə alaraq, qeyd edə bilərik ki, Çindən gətirilən avtomobillərin qiyməti bir qədər ucuzdur. Həmçinin Çindən gətirilən hibrid avtomobillərin bir qismi Avropa üçün nəzərdə tutulmayıb, Çində istismar olunmaq üçün nəzərdə tutulub. Belə avtomobillərin qiyməti də istehsalçı zəmanəti olan avtomobillərdən fərqlənir”.
Ekspert vurğulayıb ki, Çindən gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur:
“Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir. Yalnız Çinin daxili bazarında istismar olunmaq üçün istehsal edilib”.
Qeyd edək ki, ötən Azərbaycana idxal edilən hibrid avtomobillərin orta qiyməti 20.5 min dollar təşkil edib. 2023-cü ildə isə bu rəqəm 29.7 min dollar idi. Elektromobillərin orta qiyməti isə 7.3 min dollar ucuzlaşıb. Belə ki, 2024-cü il üzrə elektromobillərin orta qiyməti 41.3 min dollar olduğu halda, daha öncəki il 34 min dollar olub.
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var























.jpg)















