İqtisadi gündəm
"Rahat Market" yenə cərimələndi: Məhsul qiymətindən baha satılır
Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti belə halı "Rahat Market" şəbəkəsində aşkarlayıb.
Şəbəkə qida məhsulu üzərində göstərilmiş qiymətdən baha qiymətə satılıb.
Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 447.0.1 bəndi - "Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması" üzrə protokol yazılıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, “az miqdarda” dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.
Qeyd edək ki, bu, şəbəkə haqqında ilin əvvəlindən tətbiq edilən üçüncü protokoldur. Bu ilin aprel və iyununda da "Rahat Market" şəbəkəsi malın hesabına dair istehlakçıları aldatdığı üçün cərimələnib.
-
Hadisə19:13Bakıda insidentlə bağlı saxlanılan 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.jpg)




















_(1).jpg)









