İqtisadi gündəm
Maaşımıza nə qədər benzin ala bilərik? - Avropa və Azərbaycanın müqayisəsi
Avropa ölkələrinin statistik məlumatlarına əsaslanaraq 2025-ci ilin iyun ayının sonunda benzinə əlçatanlıq reytinqi tərtib edilib.
Publika.az xəbər verir ki, belə bir reytinqi “RİA Novosti” təqdim edib.
Mütəxəssislər ayrı-ayrı ölkələr üzrə vətəndaşların orta aylıq əməkhaqqı ilə nə qədər yanacaq ala biləcəyini hesablayıb.
Hesablamalara görə, Lüksemburq sakinləri gəlirlərinə görə ən çox benzin ala bilirlər - 2875 litr. Bu ölkədə yanacağın qiyməti Avropa standartlarına görə aşağıdır (bir litr üçün 2 manat 86 qəpik), maaşlar isə Avropada ən yüksək həddədir. İkinci yeri 2527 litrlə Böyük Britaniya tutub. Reytinqin ilk beşliyinə Norveç, Avstriya və İrlandiya da daxildir. Bu ölkələrdə orta aylıq əməkhaqqına 2200 litrdən çox benzin almaq mümkündür.
Moldova sakinləri maaşları ilə ən az benzin ala bilirlər - cəmi 546 litr yanacaq. Bu, aparıcı Lüksemburqdan 5 dəfə azdır. Moldova ilə yanaşı, reytinqin son pillələrində Rumıniya, Latviya, Slovakiya, Macarıstan və Xorvatiya qərarlaşıb. Bu ölkələrin sakinləri maaşları ilə 800 litrdən az benzin ala bilirlər.
Reytinqdə iştirak edən ölkələr arasında benzinin ən aşağı qiyməti Qazaxıstanda qeyd olunur - 95 markalı benzinin litri üçün 0,85 qəpik.
Avropada ən bahalı benzin Danimarkada satılır, Azərbaycan valyutası ilə ifadə etsək, litri 3 manat 82 qəpik. Sonra Hollandiya, Yunanıstan, İtaliya və Fransa gəlir. Bu ölkələrdə benzinin bir litri 3 manat 42 qəpikdən baha olacaq.
İsveçə gəlincə, benzinin qiyməti ölkələrin yarısından aşağıdır.
Reytinqə əsasən, yalnız Rusiyada, o cümlədən Belarus və Qazaxıstanda 95 oktanlı benzinin qiyməti 2025-ci ilin birinci yarısında artıb (Rusiyada 2,7 faiz, Belarusda 6,6 faiz bahalaşıb). Rusiyada benzinin birja qiyməti rekorda yaxınlaşır. İyulun 24-də Sankt-Peterburq Fond Birjasında keçirilən ticarət zamanı Aİ-95 premium markalı benzinin qiyməti bir ton üçün 76 330 rubla yüksəlib ki, bu da 2023-cü ilin sentyabrında əldə edilmiş tarixi maksimumdan 450 rubl (9.61 manat) aşağıdır.
Öz növbəsində, Aİ-92-nin qiyməti maksimum iki il əvvəl bir ton üçün 70,5 min rubla (min beş yüz altı manat) qədər yüksəlib. Bu markalı benzinin qiyməti hələ tarixi rekorddan uzaq olsa da, ona doğru gedir.
Qeyd edək ki, ikinci onluqda olan Rusiya 15-ci yerdədir və ölkədəki orta əməkhaqqı ilə 1360 litr Aİ-95 benzini almaq olar.
Bəs Azərbaycanda necə, orta aylıq əməkhaqqı ilə neçə litr benzin almaq olar? Nəzərə alsaq ki, ölkədə orta aylıq əməkhaqqı təxminən 1200 manat civarındadır, o zaman bir aylıq maaşımıza markalar üzrə aşağıdakı qədər benzin almaq mümkündür: Aİ-92 1.1 manatdan 1090 litr 800 qram, Aİ-95 1.6 manatdan 750 litr, Aİ-98 2 manatdan 600 litr.
Adəm
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


