İqtisadi gündəm
Deputatdan təklif: Pensiya yaşına çatmadan ölənin hesabındakı məbləğ...
Vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub.
Publika.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bizi ən çox narahat edən məsələlərdən biri vəfat etmiş insanların ailələrinin dərhal çox çətin duruma düşməsidir. Əgər dünyasını dəyişən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, məsələn, gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, yoxsa yox. Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğ isə ənənəvi olaraq pensiya yaşına çatanda ondan ailə istifadə edə bilsin. Bu da ailə başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”, - millət vəkili söyləyib.
Komitə sədri Musa Quliyev isə bildirib ki, Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanun layihəsi hazırlanır: “Yəqin ki payız, ya da yaz sessiyasında müzakirəyə çıxarılacaq”.
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?








.jpg)









.jpg)








.jpg)
.jpg)









