İqtisadi gündəm
Yumurta böhranı gözlənilir: Səbəbi bəllidir
Toyuq yumurtası Rusiyada ən ucuz ərzaq məhsullarından birinə çevrilib. Bu vəziyyət quşçuluq təsərrüfatlarının rentabelliyinə zərbə vuran və sənayeni yeni böhrana aparan həddən artıq istehsal nəticəsində yaranıb.
Publika.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sentyabrın əvvəlində birinci kateqoriyalı 10 yumurta 53,3 rubla (təxminən 1 mant 6 qəpik) qədər ucuzlaşıb ki, bu da bir il əvvəlkindən 26,5 faiz azdır. İkinci kateqoriyalı yumurtalar daha çox - 31,9 faiz azalaraq 40 (təxminən 0,80 AZN) rubla düşüb.
Məlumata görə, 2025-ci ilin ilk yeddi ayında yumurta istehsalı 6,3 faiz artaraq 23,18 milyard ədəd olub. Nəticədə, o, artıq daxili istehlakın 120 faizini ötüb.
Lakin tələb o qədər də sürətlə artmır. 2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər satışlar natura şəklində iki faiz artsa da, pul ifadəsində altı faiz azalıb. Nəticədə istehsalın rentabelliyi bir neçə dəfə azalaraq 11,01 faiz təşkil edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransının əsas mövzularından birinə çevrilən yumurtanın qiymətinin kəskin bahalaşmasından sonra hökumət istehsalın artırılması üçün səylər göstərib. Buna görə də quşçuluq təsərrüfatlarının sayı kəskin artırılıb, yeni istehsal gücləri işə salınıb. İndi isə məhsul o qədər artıb ki, istehsalçılar onu hansısa yolla satmağın yolunu axtarır.
Adəm
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu








.jpg)







.png)
.jpg)



















