İqtisadi gündəm
AMB-nin maliyyə sektorunun inkişaf strategiyasının əsas nailiyyətləri açıqlanıb
Bildiyiniz kimi Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq edilmişdir.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, strategiyada maliyyə sisteminin mühüm tərkib hissəsi kimi sığorta sektorunun inkişaf etdirilməsi və dayanıqlığının daha da gücləndirilməsi üzrə prioritetlərə xüsusi önəm verilmişdir:
“Artıq iki ilə yaxındır ki, bu strategiyanın icrası davam edir və bu istiqamətdə bir sıra nailiyyətlər əldə olunmuşdur. Mərkəzi Bank, Strategiyanın icrası ilə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır”.
Ə.Məmmədyarov əsas nailiyyətləri qısaca qeyd edərək söyləyib:
Sığortaçılarda yeni korporativ idarəetmə standartları tətbiq olunmağa başlanılmışdır. Bu standartlar sığortaçılarda təkmil korporativ mühitin formalaşmasına, onların institut kimi inkişafını ən yaxşı beynəlxalq təcrübəyə uyğun qurulmasına təşviq edəcəkdir. Həmçinin, yeni tələblərə uyğun olaraq sığortaçılar öz fəaliyyətləri, maliyyə nəticələri və maliyyə dayanıqlığı ilə bağlı ictimaiyyətə geniş məlumatlar açıqlayacaqlar. Bu isə risklərin daha təkmil formatda idarə olunması və şəffaflığın artırılması istiqamətində zəruri addımdır.
Eyni zamanda, bank və sığorta əməkdaşlığı genişləndirilmiş, kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsi üçün yeni qaydalar tətbiq edilmişdir.
Sığorta xidmətlərinin rəqəmsallaşması, müqavilələrin elektronlaşdırılması və əlçatanlığı artırılmışdır.
Əhali və biznes subyektlərinin maarifləndirilməsi istiqamətində genişmiqyaslı təşviqat işləri aparılmış, sığorta bazarının peşəkar kadr potensialının artırılması üçün təlimlər təşkil edilmişdir.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu








.jpg)







.png)
.jpg)



















