İqtisadi gündəm
Bu ölkə Azərbaycandan neft alışını 3 dəfə azaltdı
Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Tailanda cəmi 137,7 min ton neft ixrac edilib.
Publika.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Tailanda ixrac edilmiş neftin dəyəri isə 75,9 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 239 min ton (2,7 dəfə), dəyərində isə 158,3 milyon dollar (3,1 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Tailanda 234,2 milyon dollar dəyərində 376,8 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Tailanda ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 551 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 70 dollar (11,3%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 621 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Tailand 2025-ci ildə 16-cı, 2024-cü ildə isə 11-ci yerdə olub.
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım



































.jpg)

