İqtisadi gündəm
31 avtomobil hərraca çıxarılır: Start qiyməti 800 manatdır
Gələn il yanvarın 27-də dövlət qurumlarına məxsus nəqliyyat vasitələri və avadanlıqlar hərraca çıxarılacaq.
Publika.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, siyahıya Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Reklam Agentliyi, "Aqrarkredit" QSC, "Azəristiliktəchizat" ASC, Dövlət Ehtiyatları Agentliyi, Səhiyyə Nazirliyi və Prezidentin İşlər İdarəsi kimi qurumların balansında olan avtomobillər, avtobuslar, yarımqoşqular və digər avadanlıqlar daxildir.
Hərraca çıxarılan ən ucuz avtomobil Dövlət Ehtiyatları Agentliyinə məxsus 1990-cı il buraxılışlı QAZ-2411-dir. Avtomobilin start qiyməti 800 manatdır. Hərracda təqdim olunan nəqliyyat vasitələri arasında ən bahalısı 14 min 500 manat start qiyməti ilə "Aqrarkredit" QSC-yə məxsus 2010-cu il istehsalı "Mercedes-Benz E350"dir.
Hərracda ümumilikdə 31 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Prezidentin İşlər İdarəsinin "Zuğulba" İqamətgahına məxsus müşavirə zalı üçün stol 16 min manat start qiyməti ilə hərraca çıxarılacaq.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı








.jpg)





.png)





















