İqtisadi gündəm
Rusiya-Avropa ticarəti iflasa uğradı: Vəziyyət daha da pisləşə bilər
2025-ci ilin birinci yarısında Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında ümumi ticarət həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 30,9 milyard avroya düşüb.
Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” Rusiyanın Aİ-dəki Daimi Nümayəndəliyinin məlumatlarına istinadən yazıb.
Rusiya diplomatları 2022-ci ilin fevral ayının sonundan bəri ticarət-iqtisadi əməkdaşlığın 74 faiz azaldığını bildirib. Son 12 ay ərzində ikitərəfli ticarət 2,8 milyard azalıb.
Diplomatlar ticarət və iqtisadi əlaqələrin dağılmasının əsas səbəbi kimi Qərbin genişmiqyaslı sanksiyalarını göstəriblər. Bu günə qədər Aİ səlahiyyətliləri enerji də daxil olmaqla əməkdaşlığın əsas sahələrinə təsir edən ümumilikdə 19 məhdudlaşdırıcı paketi təsdiqləyib.
Ekspertlər bildiriblər ki, ikitərəfli ticarət ortamüddətli perspektivdə daha da azala bilər. Buna, digər məsələlərlə yanaşı, gələn ildən qüvvəyə minəcək Rusiya qazının Aİ-yə tranzitinə qoyulan qadağa da səbəb ola bilər.
Adəm
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı








.jpg)





.png)





















