İqtisadi gündəm
"Veteran pulu" ilə bağlı əhalini sevindirəcək xəbər
"2026-cı ildə dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar gözlənilir. Bu istiqamətdə 17,1 milyard manat vəsait ayrılacaq. Mövcud rəqəm isə büdcə xərclərinin 41 faizindən çoxu deməkdir".
Publika.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, qanunla müəyyənləşən artımlar Milli Məclisin və ya qanunverici orqanın səlahiyyətindədir:
"Qanunverici orqan qanunu dəyişir və ya onun qəbul edilməsi ilə məşğuldur. Pensiya kapitalının indeksləşdirilərək artırılması "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir. Yəni bunlar qanunla tənzimlənən və qanunun tələbinə uyğun olaraq həyata keçirilən artımlardır.
Ehtiyac meyarı, o cümlədən yaşayış minimumu da qanunla tənzimlənir. "Veteran pulu" da daxil olmaqla, digər müavinətlərki artımlarla bağlı təkliflər var. Milli Məclisə təqdim edilən təkliflərdən biri ondan ibarətdir ki, bu məbləğin kommunal, nəqliyyat və digər xərclərdəki artıma bağlanılması daha məqsədəuyğun olardı. Bu məbləğ müəyyənləşəndən sonra məhz həmin kommunal xidmətlər, nəqliyyat və digər istiqamətlərdə artım faizi nə qədər olubsa, ona uyğun indeksləşdirmək olar.
Eyni zamanda gələcəkdə həmin istiqamətdə artımlar olursa, artıq ilin sonunda indeksləşdirilib və pensiyalarda olduğu kimi məhz "veteran pulu" və ya digər uyğun müavinətlərin artırılması həyata keçirilə bilər".
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu





































