İqtisadi gündəm
Ukrayna müharibəsindən sonra Aİ-nin Ermənistana və Azərbaycana ixracı nə qədər artıb?
2022-ci il fevralın 24-də Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı genişmiqyaslı sanksiyalar tətbiq edib və bu sanksiyalar Rusiyaya ixracı kəskin şəkildə azaldıb. Belə ki, 2021-ci ildə 89 milyard avro olan ixrac həcmi 2025-ci ilin sentyabrına olan vəziyyətə görə 66% azalaraq 30 milyard avroya düşüb.
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı Ehsan Soltaninin təhlilində deyilir.
Eyni dövrdə Aİ-nin bir sıra MDB ölkələrinə - Qazaxıstan, Moldova, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Azərbaycan və Ermənistana ixracı iki dəfədən çox artaraq 108% yüksəlib və 15,5 milyard avrodan təxminən 32,2 milyard avroya çatıb.
Ehsan Soltani

Qeyd olunan ölkələrə ixracın sürətli artımı belə ehtimallara yol açıb ki, onların bəziləri sanksiyalardan sonra dolayı ticarət axınlarının təmin olunmasında vasitəçi rolunu oynaya bilər.
Belə ki, 2022-ci ilin fevralında Aİ Ermənistana 770 milyon avro dəyərində mal ixrac edib, 2024-cü ilin iyulunda isə bu göstərici 1,96 milyard avroya çatıb ki, bu da 2,5 dəfə və ya 150% artım deməkdir.
2022-ci ilin fevralında Aİ Azərbaycana 1,51 milyard avro dəyərində məhsul ixrac etdiyi halda, 2024-cü ilin iyulunda bu rəqəm 2,48 milyard avroya yüksəlib ki, bu da 1,6 dəfə və ya 60% artım deməkdir.
Hüseyn İbadlı
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
MDB14:22Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır





































.jpg)

