İqtisadi gündəm
DÜNYA ŞOKDA: Benzin 6 manata qalxır
İtaliya hökuməti yanacaq bazarında yaranmış kritik vəziyyətlə bağlı təcili addım atmağa hazırlaşır. Baş nazir Corcia Meloni və iqtisadiyyat naziri Cankarlo Cordettinin iştirakı ilə keçirilən qapalı iclasdan sızan məlumatlar Avropada ciddi narahatlığa səbəb olub.
Publika.az "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, İtaliya hökuməti bu cümə günü benzinin qiymətindəki kəskin artımı dayandırmaq üçün aksiz rüsumlarının ləğvi barədə sonuncu qərarını verəcək.
İqtisadiyyat naziri Cankarlo Cordetti İran ətrafındakı münaqişənin uzanacağı təqdirdə benzinin litrinin 3 avroya (təxminən 6 AZN) çatacağı barədə xəbərdarlıq edib. Nazir bildirib ki, dövlət büdcəsinin ehtiyatları artıq tükənib və bu, hökumətin qiymətləri tənzimləmək üçün ata biləcəyi sonuncu addımdır.
Məlumata görə, aksiz rüsumlarının ləğvi mayın 1-nə qədər uzadılacaq. Lakin bu addım ölkə iqtisadiyyatı üçün ağır bədəl hesabına başa gəlir. Aprelin 7-də müddəti bitən əvvəlki analoji qərar dövlət xəzinəsinə 400 milyon avrodan çox ziyan vurub. Hökumət bu vəsaiti toplamaq üçün səhiyyə, təhsil və mədəniyyət sahələrinə ayrılan maliyyəni ixtisar etməyə məcbur olub.
Qeyd edilir ki, hazırda İtaliyada dizel yanacağının qiyməti artıq 2,1 avronu ötüb ki, bu da nəqliyyat şirkətlərini iflas həddinə çatdırıb.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)




.jpg)

























