İqtisadi gündəm
Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: Qısaqollu köynək çağırışı...
Hörmüz boğazında davam edən gərginlik səbəbindən enerji tədarük zəncirinin qırılması qlobal miqyasda ciddi böhrana yol açıb.
Pubıika.az xəbər verir ki, enerji resurslarından asılı olan ölkələr "qara qızıl"ın çatışmazlığını aradan qaldırmaq üçün fövqəladə tədbirlərə əl atıblar. Bu prosesdə ən çox təsirə məruz qalan isə enerji idxalından birbaşa asılı olan Asiya regionudur.
Enerji təhlükəsizliyini təmin etmək istəyən bir sıra dövlətlər "yaşıl enerji" hədəflərini bir kənara qoyaraq, yenidən kömürə üz tutublar.
Yaponiyada kömürlə işləyən elektrik stansiyalarının yenidən enerji bazarına tam gücü ilə dönməsinə icazə verilib. Cənubi Koreyada isə elektrik enerjisi istehsalında kömürdən istifadə ilə bağlı əvvəllər tətbiq edilən ekoloji məhdudiyyətlər müvəqqəti olaraq ləğv olunub.
Cənub və Cənubi-Şərqi Asiya ölkələri enerji sərfinin azaldılması üçün daha radikal və diqqətçəkən addımlar atıb. Şri Lankada enerji qənaəti üçün rəsmi iş günləri 4 günə endirilib. Vyetnamda müəssisələrə işçiləri "evdən iş" (remote work) sisteminə keçirməklə ofis enerji xərclərini azaltmaları üçün çağırış edilib.
Taylandda isə hökumət rəsmi binalarda və iş yerlərində kondisionerlərin istifadəsini minimuma endirməyi tapşırıb. Bununla bağlı ən maraqlı addım isə "dress-code"un dəyişdirilməsi olub: rəsmi yerlərdə pencək və qalstuk əvəzinə qısaqollu köynəklərin geyinilməsi təşviq edilib. Hətta Taylandın xəbər aparıcıları efirdə pencəklərini çıxardaraq bu çağırışa dəstək veriblər.
Mütəxəssislər bildirir ki, bu addımlar enerji çatışmazlığının yaratdığı iqtisadi zərəri azaltmaq üçün atılan "təcili yardım" xarakterli tədbirlərdir. Lakin uzunmüddətli perspektivdə, əgər Hörmüz boğazındakı gərginlik diplomatik yolla çözülməzsə, dünya iqtisadiyyatını daha ciddi bir durğunluq gözləyir. (Milli.az)
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ26 Sentyabr 20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA
-
Nida Xəbər 26 Sentyabr 20:00Heydər Əliyev xanımı ilə Formula 1-də - FOTO
-
Hadisə26 Sentyabr 18:40“Masazır dairəsi”ndə dəhşətli qəza belə baş verib - Anbaan VİDEO






















.jpg)















