İqtisadi gündəm
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
Birbank Invest istifadəçilərinə yeni investisiya fürsəti yaradır. Belə ki, bu gündən etibarən Birbank Invest istifadəçiləri birbaşa PAŞA Bankın səhmdarı olmaq imkanını əldə edirlər. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan bu şansı dərəyərləndirmək imkanı verir.
PAŞA Bank tərəfindən həyata keçirilən IPO çərçivəsində abunə yazılışı 12 may 2026-cı il tarixinədək həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq.
Bu çərçivədə PAŞA Bank kapitalının 5%-ni təşkil edən 932 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin ticari qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəlir hesablanacaq. Səhm alışı üzrə bütün komissiyalar PAŞA Bank tərəfindən qarşılanır və müştərilər üçün əlavə komissiya tətbiq olunmur. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.
Yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra edilir. Ətraflı məlumat əldə etmək üçün: www.b-b.az/ipo-deeplink
Qeyd edək ki, bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-su olmaqla yanaşı, ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.
Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/vHdRj4
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin və bazarda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Əlaqə Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” ilə birgə təqdim olunur.
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir









.jpg)












.png)













