İqtisadi gündəm
Müavinət və pensiya alanlara ŞAD XƏBƏR - Artımlar…
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2026-cı ilin ilk rübü üzrə maliyyə göstəricilərini ictimaiyyətə təqdim edib. Rəsmi statistikaya əsasən, yanvar-mart ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ümumilikdə 2 milyard 614,8 milyon manat vəsait ödənilib.
Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 255,9 milyon manat və ya 10,85% çoxdur. Cari ilin ilk üç ayında qeydə alınan bu artım, büdcə xərclərində sosial öhdəliklərin icra vəziyyətini və ödənişlərin indeksasiya templərini əks etdirən əsas iqtisadi göstərici kimi qiymətləndirilir.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Əli Cabbarov nocomment.az-a bildirib ki, sosial xərclərdəki bu artım daha çox qanunvericiliklə nəzərdə tutulan mütəmadi indeksasiya və artım qərarlarının nəticəsidir: “Burada söhbət əvvəlcədən proqnozlaşdırılan artım tempindən gedir. 10,85%-lik yüksəliş əhalinin gəlirlərinin nominal ifadədə artması deməkdir ki, bu da rəsmi inflyasiya göstəriciləri ilə müqayisəli şəkildə təhlil edilməlidir”.
Onun sözlərinə görə, ödənişlərin həcminin artması həm də sosial sığorta bazasının genişlənməsi ilə bağlıdır: “DSMF-nin xərclərinin artması birbaşa gəlirlərin, yəni işləyən əhalidən toplanan sığorta haqlarının miqdarı ilə tənzimlənir. Bu vəsaitlərin 2,6 milyard manatı ötməsi fondun büdcə imkanlarının hazırkı vəziyyətini göstərir”.
Əli Cabbarov qeyd edib ki, əsas məsələ bu artımın vətəndaşın real alıcılıq qabiliyyətinə təsiridir: “Nominal artım müsbət hal olsa da, bazardakı qiymət artımları fonunda bu vəsaitlərin real çəkisini qorumaq əsas vəzifədir”.
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq






.jpg)







.jpg)



.jpg)



















