İqtisadi gündəm
Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti yanacaq partiyası göndəriləcək.
Publika.az xəbər verir ki, 16 vaqon dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.
Qeyd edilən həcmdə dizel yanacağı bu gün - dəmir yolu ilə Azərbaycandan yola salınacaq.
xxx
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub.
Publika.az xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Xatırladaq ki, sonuncu dəfə aprelin 14-də Azərbaycandan Ermənistana 1 298 ton dizel daşıyan 22 ədəd çən vaqon yola salınıb.
İndiyədək Azərbaycandan Ermənistana 7610 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.jpg)




.jpg)

.webp)








.jpg)













