İqtisadi gündəm
Rusiyada əhaliyə şad xəbər: Kartof ucuzlaşır - Azərbaycana təsir edəcək?
Rusiyada son bir ildə ərzaq məhsulları arasında ən çox ucuzlaşan kartof olub.
Publika.az Rusiya Ərzaq Birliyinin məlumatlarına istinadən xəbər verir ki, aprelin üçüncü həftəsində kartofun qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,4 faiz aşağı düşüb.
Kartofla yanaşı, digər tərəvəzlərin də qiymətində ciddi azalma müşahidə olunur: kələm - 29,3 faiz, çuğundur - 20,1 faiz, soğan - 17,9 faiz ucuzlaşıb.
"Rosstat"ın (Rusiya Federal Statistika Xidməti) hesabatına görə, aprelin 7-dən 13-dək olan müddətdə ölkədə inflyasiya tamamilə dayanıb. Lakin buna baxmayaraq, ilin əvvəlindən bəri ümumi inflyasiya göstəricisi son 10 ilin ən yüksək səviyyəsində qalmaqdadır.
Buna səbəb yanvar ayında ƏDV-nin (əlavə dəyər vergisi) 20 faizdən 22 faizə qaldırılması nəticəsində yaranan kəskin qiymət artımıdır.
Qeyd edək ki, Azərbaycan Rusiyadan əhəmiyyətli həcmdə kartof idxal edir. Belə ki, ötən ilin yekunlarına görə, Rusiyadan 16 min ton kartof idxal edilib. Bu, onu deməyə əsas verir ki, qeyd olunan ucuzlaşma Azərbaycan bazarında da müşahidə oluna bilər.
Müəllif: Adəm
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi






.jpg)




























