İqtisadi gündəm
Dövlət qurumunda gecikmə və uçot səhvləri aşkarlandı
Milli Arxiv İdarəsində 253,7 min manatlıq iş vaxtında (10 oktyabr 2025-ci ilə qədər) tamamlanmayıb, cərimə tətbiq edilməyib.
Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit zamanı müəyyən olunub ki, işlərin 10 ay gecikməsinə baxmayaraq, icraçı şirkətə tətbiq edilməli olan 25,37 min manat cərimə təmin edilməyib.
Sözügedən vəsait düzgün uçota alınmayaraq "verilmiş qısamüddətli avanslar" hesabı əvəzinə "sair məsrəflər" subhesabına silinib.
Palata gecikdirilmiş xidmətlərə görə icraçı şirkətə cərimə tətbiq edilməsi, eləcə də işin dəyərini əks etdirən vəsaitin düzgün uçota alınması üçün müvafiq mühasibat düzəlişlərinin aparılmasını təklif edib.
Bundan əlavə, audit nəticələrinə əsasən, lazımi sənədləri qaydasına salan Mərkəzin 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının vaxtında təqdim olunmaması konsolidə edilmiş maliyyə göstəricilərinə təsir edib. Nəticədə "Birja əməliyyatlarından gəlir" maddəsi 505 468 manat, əməkhaqqı və işçilərlə bağlı digər xərclər isə 450 407 manat az əks etdirilib.
Hesablama Palatasının tövsiyələrində qeyd olunub ki, Milli Arxiv İdarəsi üzrə bağlanmış müqavilələr üzrə öhdəliklərin tam və vaxtında yerinə yetirilməsinə nəzarət gücləndirilməlidir. Həmçinin alt qurumlarda maliyyə hesabatlarının hazırlanması, analitik və sintetik uçotun təşkili, eləcə də büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının düzgün tərtibi istiqamətində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə olunub.
-
ABŞ20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA
-
Nida Xəbər 20:00Heydər Əliyev xanımı ilə Formula 1-də - FOTO
-
Hadisə18:40“Masazır dairəsi”ndə dəhşətli qəza belə baş verib - Anbaan VİDEO
-
ABŞ17:42Trampdan xəbərdarlıq: "Bu, ölkəmizə baha başa gəlir"
-
MDB16:22Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan qaldırılır
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
İdman14:48“Qarabağ”ın hücumçusu millisinə qələbə qazandırdı - VİDEO
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib



















.jpg)
















