İqtisadi gündəm
Putinin bu planı dünyanı silkələdi: Stalinin arzusunu reallaşdıra biləcək?
Rusiya Prezidenti Vladimir Putinin Saxalinə körpü tikintisi ilə bağlı qərarı təkcə strateji deyil, həm də tarixi addım kimi qiymətləndirilir.
Publika.az xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri yazıb.
Məlumata görə, Saxalin adasını materiklə birləşdirmək ideyası ilk dəfə 1950-ci ildə İosif Stalinin təşəbbüsü ilə gündəmə gəlib. Lakin Stalinin ölümündən sonra layihə uzun illər dondurulub.
Rusiyada məsələ 2007-ci ildən yenidən müzakirə olunsa da, yüksək maliyyə və uzunmüddətli geri dönüş səbəbindən layihənin icrası daim təxirə salınıb. Ancaq Qərblə münasibətlərin pisləşməsi və sanksiyalar fonunda Kreml Uzaq Şərq və Asiya-Sakit okean regionunun inkişafına xüsusi diqqət ayırmağa başlayıb.
Analitiklərin fikrincə, körpü və ya tunel layihəsi həyata keçərsə, Saxalin vahid nəqliyyat sisteminə inteqrasiya olunacaq, neft, qaz və kömür ixracı daha da sürətlənəcək. Bununla yanaşı, regionun logistika və sənaye imkanları da genişlənəcək.
Bununla belə, layihənin reallaşmasına mane olan ciddi problemlər qalır. Əsas çətinliklərdən biri regionun yüksək seysmik aktivliyidir. Saxalin tektonik plitələrin qovşağında yerləşdiyi üçün burada tez-tez güclü zəlzələlər baş verir. Bu isə xüsusi mühəndis həlləri tələb edir və layihənin dəyərini artırır.
Digər problem isə infrastruktur çatışmazlığıdır. Körpünün effektiv işləməsi üçün yüzlərlə kilometr avtomobil və dəmir yolu xətlərinin çəkilməsi lazımdır. Bundan başqa, Nevelsk boğazında sərt iqlim, güclü axınlar, qalın buz layları və sıx duman da tikintini xeyli çətinləşdirir.
Ekspertlər bildirirlər ki, Saxalinin əhalisinin az olması və yük daşımalarının həcminin hələlik kifayət qədər böyük olmaması layihənin iqtisadi səmərəliliyini sual altına qoyur.
Ekspert Valentin Boqomolovun sözlərinə görə, körpünün və əlaqəli infrastrukturun tikintisi 1 trilyon rubldan (təxminən 22 milyard 927 milyon Azərbaycan manatı) baha başa gələ bilər. Buna baxmayaraq, bəzi analitiklər hesab edir ki, layihə uzunmüddətli perspektivdə Rusiyaya böyük strateji üstünlüklər qazandıracaq.
Müəllif: Adəm
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
















.jpg)




















