İqtisadi gündəm
Rusiyada pivə idxalı 51 faiz artdı - Səbəb nədir?
2026-cı ilin ilk dörd ayının nəticələrinə görə Rusiyada pivə idxalı kəskin artıb.
Publika.az xəbər verir ki, “Vedomosti”nin “Çestnıy znak” markalama sisteminin operatoruna istinadən yaydığı məlumata görə, idxal ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artaraq 13,5 milyon dekalitr təşkil edib.
Bununla yanaşı, Rusiya Alkoqol və Tütün Bazarı Tənzimləmə Xidmətinin (RATK) məlumatına əsasən, daxili istehsal 2,2 faiz azalaraq təxminən 277,7 milyon dekalitr olub.
Mütəxəssislərin fikrincə, idxaldakı artım ötən ilin aşağı göstəriciləri və “dost olmayan ölkələrdən” məhsullara tətbiq edilən yüksək rüsumlarla bağlıdır.
Qeyd olunur ki, Çexiya və Almaniya kimi ölkələrdən birbaşa tədarük azalsa da, Estoniya (+72,2%), Latviya (+19,2%) və Litva (+13,1%) Rusiyaya ixracı artırıb.
İdxalın təxminən 60 faizi Belarus vasitəsilə həyata keçirilir.
Eyni zamanda, Çindən idxal 16 faiz, BƏƏ-dən isə 41 faiz artıb.
Ekspertlər bildirirlər ki, artımın bir hissəsi idxalçıların rublun möhkəmliyi fonunda anbarları doldurması ilə bağlıdır və bu, hələlik bazarda real tələbin artması kimi qiymətləndirilməməlidir.
Müəllif: Adəm
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib
-
Nida Xəbər 13:58Prezidentin sosial media hesablarında Bakıdakı forumda iştirakına dair video paylaşıldı
-
MDB13:41Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür




















.jpg)














