İqtisadi gündəm
Dəhşətli hesabat: Dünya hər il 450 milyard dollar itirə bilər
İqlim dəyişiklikləri yaxın illərdə dünyaya hər il 450 milyard dollara qədər zərər vura bilər.
Publika.az xəbər verir ki, “Financial Times” nəşri bu barədə ABŞ-ın “Verisk Analytics” analitik şirkətinin qiymətləndirməsinə istinadən məlumat yayıb.
Bildirilir ki, xüsusilə dağıdıcı təbii fəlakətlərin baş verdiyi illərdə zərərin həcmi daha da arta bilər. Cəmi iki il əvvəl BMT-nin məlumatına görə, təbii fəlakətlərin vurduğu illik zərər 320 milyard dolları keçmirdi.
Hazırda isə qlobal itkilərin təxminən üçdə ikisinin, yəni 279 milyard dollarının sığorta ilə təmin edilmədiyi bildirilir.
Mütəxəssislər maliyyə itkilərinin artmasını qlobal istiləşmənin nəticələrinin güclənməsi ilə əlaqələndirirlər. Eyni zamanda, sığorta şirkətləri iqlim risklərini üzərlərinə götürməkdən getdikcə daha çox imtina edir. Bəzi iri şirkətlər artıq yüksək riskli bölgələrdən çəkilib və həmin ərazilərdə müqavilələri yeniləmirlər.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı









.jpg)

.jpg)













.jpg)













