Mərkəzi Bank "Rabitəbank"a icrası məcburi sərəncam verdi
Bizi izləyin

İqtisadi gündəm

Mərkəzi Bank "Rabitəbank"a icrası məcburi sərəncam verdi

Mərkəzi Bank "Rabitəbank"a icrası məcburi sərəncam verdi

Mərkəzi Bank (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib.

Publika.az AMB-yə istinadən xəbər verir ki, bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası"nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib.

Beləliklə, "Banklar haqqında" qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, “Rabitəbank” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm