Sabah hava necə olacaq? – PROQNOZ
Bizi izləyin

İqtisadi gündəm

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Martın 27- də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturunun gecə 4-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyə qədər isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm