İqtisadi gündəm
Rusiya Ukraynanı qaza görə sınağa çəkməyəcək
Ukraynaya görə, Rusiya qazın qiymətini dəyişməyəcək
Ukraynada baş verən proseslərdən sonra təbii qazın qiyməti məsələsi gündəmə gəlib. Nazirlər kabinetindən verilən məlumata görə, qiymət artımı gözlənilmir.
Bunun üçün, 2013-ci ilin sonunda, "Ukrayna Naftoqaz" və Rusiyanın "Qazprom" şirkətləri qazın qiymətində razılığa gəliblər. Özü də min kubmetri 268,5 dollara.
“Əgər müvafiq danışıqlar siyasi xarakter daşımasa, 2014-cü ilin ikinci rübündə, Rusiya Ukraynaya verdiyi qazın qiymətini qaldırmayacaq” – deyə, Ukrayna Nazirlər kabinetinin rəhbəri Eduard Staviçki bildirib.
“Mən düşünürəm ki, Rusiya qiymətləri qaldırmayacaq. Əgər qaldırsa, müəssisələr özləri arasında qiymətlərinin formalaşdırılması üçün razılığa gələ bilərlər” –deyə E.Staviçki sözlərinə əlavə edib.
E.Staviçki bəyanatında bildirib ki, Ukraynaya 268,5 dollardan, 35 milyard kubmetr qaz lazımdır. Buna görə də, Ukrayna enerji təchizatının şaxələndirilməsi siyasətini tərk etmir. Texniki və texnoloji imkanları və iversifitsirovat təchizatı saxlanılır.
Mən həmişə təbii qaz təchizatının maksimum liberallaşdırılması məsələsinin tərəfdarı olmuşam. Amma, harada ucuz yanacaq var, bizə oradan yanacaq almaq lazımdır. Hazırda isə ən ucuz yanacaq Rusiyadadır.
Odər Qəni
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir