Rusiya Ukrayna inqilabını qazla boğacaq
Bizi izləyin

İqtisadi gündəm

Rusiya Ukrayna inqilabını qazla boğacaq

Rusiyanın “Qazprom” şirkəti Ukraynanı təbii qaz qiymətlərinə edilən endirimi ləğv etməklə hədələyib.Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə "Bloomberg" saytı yazıb.

“Qazprom”nun xəbərdarlığında bildirilir ki, Ukrayna 1,5 milyard dolları ödəməzsə, təbii qazın qiymət endirimi ilə bağlı əldə olunan 2013-cü il dekabr razılaşması ləğv olunacaq. Ukraynanın "Naftoqaz” şirkətinin sonuncu dəfə 1, 28 milyard dollar ödədiyi və "Qazprom”dan borcun qalan hissəsinin ödənilməsi üçün 15 Aprel tarixinə kimi möhlət istədiyi bildirilir.

Qeyd edək ki, 2013-cü il dekabrın 17 -də Ukrayna və Rusiya arasından imzalanan razılaşma ilə Rusiya Ukraynaya satdığı təbii qazın qiyməti min kubmetr üçün 268,5 dollar müəyyən edilib. Bundan əvvəl isə təbii qazın min kubmetrin qiyməti 400 dollar idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm