Sumqayıtda yanğın: Nənə və nəvə... (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Sumqayıtda yanğın: Nənə və nəvə... (YENİLƏNİB)

Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əridi

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş yanğın barədə məlumat yayıb.

Publika.az DİN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, oktyabrın 29-da saat 02 radələrində Sumqayıt şəhərindəki binalardan birinin birinci mərtəbəsində yerləşən, şəhər sakini Tehran Əsgərova məxsus kafedə yanğın baş verib.

Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, həmin binanın 2-ci mərtəbəsində yaşayanlar Töhrə Məmmədova, nəvələri Məryəm və Mədinə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

***

Sumqayıtda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.

Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm