Hadisə
Biləsuvar sakini qardaşını niyə öldürdü? - TƏFƏRRÜAT
Biləsuvar rayonu Amankənd kəndi ərazisində Adil Alim oğlu Əliyevin qardaşı tərəfindən öldürülməsinin təfərrüatı məlum olub.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Asim Əliyev qardaşını qonşusu ilə səhv salaraq öldürüb:
“Dünən günorta saatlarında Asim qonşusu Şahin Azər oğlu Əliyevlə mübahisə edib. İcra nümayəndəliyinə çağrılmışdılar. Onları sakitləşdirib evə göndəriblər. Oradan çıxandan sonra Asim içki içib. Axşam 19 radələrində qardaşı Adil hadisədən xəbər tutub onlara gəlib. Asim onu qonşusu Şahin zənn edərək vurub. Qaranlıqda, bir az da içkili olduğundan qardaşını tanımayıb. Əslində, güllə çiynindən dəyib, aldığı xəsarət ölümcül olmayıb. lakin o, yerə yıxılan qardaşını təpikləyərək öldürüb. Həmin vaxt isə qonşulardan heç kim köməyə gəlməyib. Bəlkə də, kimsə köməyə gəlsəydi, o güllə yarasından ölməzdi. Son məqamda Şahin gəlib, ona da atəş açıb. Şahin baş nayihəsindən yaralanıb”.
Sakinlər deyir ki, Şahinlə Asim arasında mübahisə hələ yay aylarından olub. Onların mübahisələrinin səbəbi su ilə bağlıdır. Asim Şahinə su vermirdi. Axırıncı mübahisələrinin dəqiq səbəbi bilinmir.
Qardaşını öldürən Asim Alim oğlu Əliyev artıq saxlanılıb.
***
Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, həmin kəndin sakini, 29 yaşlı Adil Alim oğlu Əliyev qardaşı tərəfindən güllə ilə vurularaq qətlə yetirilb. Digər kənd sakini, 25 yaşlı Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Gülxar
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ