Bəxtiyar Hacıyev xaricdə həbs olundu
Bizi izləyin

Hadisə

Bəxtiyar Hacıyev xaricdə həbs olundu

Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Yamaykada həbs olunub. Publika.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb:

“Son üç günümü turist kimi gəldiyim Yamaykada həbsxanada keçirdim. Hava limanında sərhədçi qadın Azərbayan vətəndaşlarının hava limanında viza almalı olduqlarını dedi və məni başqa otağa dəvət etdi. Mən də pasport və digər sənədləri verib gözlədim, qadın rüsum üçün nəğd pul və ya kart verməyimi istədi, kartımı verdim və gözlədim. Otağa girən-çıxan çox idi, qadın çöldə gözləməyimi istəyəndə, kredit kartımı geri istədim. Bunu xoşlamayan qadın sərhədçi “o zaman sizə viza vermirəm” dedi və pasportuma möhür vurdu.

Bundan sonra Yamayka Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib “sizi növbəti reysə qədər güvənli bir yerə aparmalıyıq” dedilər. Mən növbəti reysimin 2 gün sonra Panamaya olduğunu, hava limanından kənara çıxmaq istəmədiyimi desəm də, məni məcbur şəhər mərkəzindəki “Horizon” adlı həbsxanaya gətirdilər. Orada kriminallar kimi davranıb, üstümü yoxlayıb, saldılar həbsxana kamerasına. Nə qədər zəng, vəkil, su və s. tələb etsəm də, sözün əsl mənasında heyvan kimi davranıb, qulaqardına vurdular. Hətta bəziləri su istəyəndə gedib soyuducudan su götürüb, içirdilər, gözümün qabağında. Vəkil istəmişdim, bir rahibə çağırmışdılar ki, şikayətini ona et.

Nəhayət, Panamaya reysimin bu gün olduğunu bilərək, həbsxana rəhbərliyinə bildirdim ki, mən bu gün uçmalıyam, uçmasam, əvvəldən alınmış başqa biletlərim də batır. Həbsxana rəhbərliyi vecinə də almırdı, deyirdilər, immiqrasiya idarəsi nə vaxt istəsə, onda da gəlib götürəcək səni. Nəhayət, həbsxanada qarşılaşdığım tək ağdərili həkimə məsələni izah etdim, dedi, səni çox yaxşı başa düşürəm, bu ölkə belədir. Öz tanışlarıma zəng edəcəm, buradan sonrakı biletlərini göstərərik, çıxarsan. Mənə qısa müddətlik internet təşkil etdi, mən həm biletləri çap etdim, həm də dostlara məlumat verdim bu barədə. Yamaykada insanlıq görmədim, vəhşilik, heyvanlıq və əclaflıq gördüm. Nə dövlət qurumları arasında kommunikasiya var, nə sənədləşmə, nə insan hüquqlarına hörmət. Hərə gəlir bloknotuna qələmlə nə isə yazıb gedir. O adam getdisə, ikincisinin məsələdən xəbəri olmur.

Şükür, indi o cəngəllikdən çıxmışam. Sabah Boqotaya gedəcəm, səhv xatırlamıramsa, orada konsulluğumuz olmalıdır. Həm ora, həm də qayıdanda rəsmi olaraq Xarici İşlər Nazirliyinə müraciət edəcəm, araşdırsınlar ki, Azərbaycan vətəndaşına niyə viza verməyiblər? Vermirlər, cəhənnəmə versinlər, bəs həbsxanaya niyə göndərirlər? Məncə, kimliyindən asılı olmayaraq, XİN Azərbaycan vətəndaşı ilə belə davranışı araşdırmalı, cavablarını verməlidir”.

B.Hacıyev hazırda Kolumbiyanın paytaxtı Boqotodadır. Bundan əvvəl Puerto-Riko və Dominikan respublikalarında turist səfərində olan B. Hacıyev Dominikan Respublikasında da çətinliklə üzləşmişdi.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm