Yaxın Şərq
Yaxın Şərqdə yeni eskalasiya qorxusu - ABŞ təcili tədbirlər görür
ABŞ Yaxın Şərq ölkələrindəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsinin və onların ailə üzvlərinin təxliyəsini təcili şəkildə təşkil etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadla məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, bu tədbirlərə səbəb ABŞ kəşfiyyatının qeydə aldığı İranın fəallığının artması olub. Kəşfiyyatın məlumatına əsasən, İran tərəfi ehtimal olunan hücumlara hazırlıqda “qabaqcıl mərhələyə çatıb”.
CNN qeyd edib ki, ABŞ diplomatları təxliyənin xaotik təşkil olunmasından və maliyyə dəstəyinin yetərsizliyindən şikayətlənirlər. Onların sözlərinə görə, yaxın vaxtlarda vəzifə yerlərinə qayıtdıqdan sonra yenidən yaşayış yeri axtarmaq məcburiyyətində qalıblar.
Bundan bir neçə saat əvvəl “Reuters” agentliyi İranın ABŞ və İsrailin zərbələri bərpa edəcəyi təqdirdə Fars körfəzindəki sualtı rabitə kabellərinə hücum planı hazırladığını bildirmişdi. Qeyd edilib ki, Tehran yalnız sualtı infrastrukturu sıradan çıxarmaq deyil, həm də onun bərpasına mane olmaq niyyətindədir. Məqsəd rabitə və internetdəki fasilələri uzatmaqdır.
Hüseyn İbadlı
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal24 Oktyabr 20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat


























.jpg)









