Hadisə
Cəbhədə GƏRGİN GECƏ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan,
həmçinin 122 millimetrlik D-30 haubitsalarından da (32 mərmi)
istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə
pozub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər
verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan
kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa
rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli,
Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz
rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən
mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca,
Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli,
Qaraqaşlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda,
Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz,
Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi















.jpg)















.jpg)



