Hadisə
Qoruqdakı yanğın 16 hektara ziyan vurdu
İyulun 11-də saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın saat 20 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində söndürüldü.
ETSN-dən Publika.az-a verilən məlumata görə, yanğının baş verdiyi ərazi əsasən dəniz sahili, qamışlıq-bataqlıq olduğundan və küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinlik yaradıb. Əraziyə cəlb olunmuş FHN-nin Lənkəran və Masallı rayonlarının yanğından mühafizə bölmələrinin texnika və canlı qüvvəsindən, Qızılağac Dövlət Təbiət Qoruğunun və ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşlarının əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğının söndürülməsinə nail olunub.
İlkin hesablamalara görə yanğın nəticəsində 16 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə hazırda araşdırma aparılır.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









