5 yaşlı oğlunu öldürən ana DANIŞDI: "İsa peyğəmbər həmin gün gələcəkdi" - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

5 yaşlı oğlunu öldürən ana DANIŞDI: "İsa peyğəmbər həmin gün gələcəkdi" - (YENİLƏNDİ)

Prosesdə 5 yaşlı uşağını öldürən Nazilə Qulubəyovanın keçmiş həyat yoldaşı Rüstəm Qulubəyov ifadə verib.

O, bildirib ki, hadisədən əvvəl oğlu Fəridin qızdırması olub: “Həmin günü işdə idim. Uşaqdan narahat idim deyə, evə tez-tez zəng vururdum. Nazilə telefonu götürmürdü. Təxminən 18:00 radələri olardı. Dostum zəng vurub, uşağın səhhəti barədə maraqlandı. Anam da çox narahat idi. Sonra evə gəldim, qapının bağlı olduğunu gördüm. Polisə və FHN əməkdaşlarına xəbər verdim. Qapını qırıb içəri daxil olanda, uşağımın meyitini gördüm. Nazilə də yerdə əyləşib, sadəcə yerə baxırdı. Həmin vaxt şokda idim, yerdə şam vardı. Evə daxil olandan sonra bilmirdim ki, uşağın özü ölüb, yoxsa Nazilə öldürüb. Hadisədən sonra onunla rəsmi boşandım. Əvvəllər münasibətlərimiz yaxşı idi”.

Rüstəm Qulubəyovun sözlərinə görə, Nazilə Qulubəyova çox vaxt özünə qapalı olub.O, qeyd edib ki, həyta yoldaşı əvvəllər dini sektalaraa gedib: “Hadisədən sonra evdən dini ayinlər zamanı istifadə edilən bir neçə əşya tapdım. Hadisə baş verənə qədər onun psixoloji problemlərinin olduğunu bilmirdim”.

Daha sonra hakim Nazilə Qulibəyovaya sual verib. Hakim ona “niyə orada əyləşmisən?”, - deyə sual verib. O, hakimin sualına “bilmirəm” cavabını verib: “Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra uşağın halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə dərman verdim ki, sağalsın”.

Hakim Nazilə Qulibəyovadan “İsa peyğəmbər həmin gün gələcəkdi” sualını verib. Təqsirləndirilən şəxs hakimin sualına belə cavab verib: “Elə bilirdim ki, İsa peyğəmbər həmin gün gələcək. İsa peyğəmbəri əvvəllər görmüşdüm”.

Növbəti proses avqustun 28-də davam edəcək.

***

Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika,az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Nazilə Qulubəyova ifadə verməkdən imtina edib. O, özünü pis hiss etdiyini söyləyib. Hazırda proses davam edir.

Daha sonra Nazilə Qulibəyovanın qardaşı ifadə verib. O, Nazilə Qulibəyovanın əvvəllər xəstəliyinin olmadığını deyib: “Mən evə gələndə artıq hadisə baş vermişdi. Orada FHN əməkdaşları və Nazilənin həyat yoldaşı Rüstəm də var idi. Polis də gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyacanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanıqlı vəziyyətdə idi”.

O, bacısını həmişə özünə qapandığını qeyd edib: “Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib. Nazilə Qulubəyovanın qardaşı ifadə verən zaman o, əyləşdiyi yerdən qeyri-adi hərəkətlər edib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda dini təriqətlərdən birinin üzvü olub. O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anasının öldürdüyü məlum olub. Nazilə Qulubəyova “bəd ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə, azyaşlı ölüb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm