Hadisə
Bakıda piyadaların üstünü çirkləndirən sürücü məsuliyyətə cəlb edildi
Oktyabrın 3-də Bakıda 4 avtomobil sürücüsü ehtiyatsızlıq edərək piyadaların üst-başını çirkləndirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov məlumat verib.
Bölmə rəisi bildirib ki, bəzi sürücülər hava şəraitini nəzərə almadan yollarda yüksək sürətlə hərəkət edir, yollarda yığılan yağış suları və lilli suya nəzər yetirmədən yol kənarı ilə hərəkət edən piyadaların üstünü çirkləndirirlər: "Bununla bağlı ötən gün 4 avtomobil sürücüsü barədə məlumat daxil olub. Artıq həmin avtomobillərdən birinin yeri müəyyənləşdirilərək saxlanılıb və sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar yollardakı vəziyyəti nəzərə alsınlar və piyadalara diqqət yetirsinlər". (trend)
-
Dünya20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi





































